Cihazlar düşünə bilərmi?

Məhəmmədəli Abaszadə
2 min readJun 19, 2023

--

Bu məqalə müəllifin “Cihazlar düşünə bilərmi?” 4 hissəli məqalələr toplusunun kontekstual fundamental əsaslara uyğun ilk akademik araşdırmasıdır.

İlkin olaraq zəka anlayışının fəlsəfə və intellektual tarixdə formalaşmasının məntiqdə yaranan düalizm ilə əlaqəsinə nəzər yetirək.

Ənənəvi fəlsəfədə zəka anlayışı və cihazın intellektual olma ehtimalına münasibət

Dekart fəlsəfəsinə görə iki əsas vasitəyə əsasən cihazlar söz və ifadələri birləşdirib insan kimi məlumat ötürmə və mənalandırma qabiliyyətinə malik ola bilməzlər.

İkinci fəlsəfi tezis isə ondan ibarətdir ki,cihazlar insan refleksinə sahib olsa belə sözləri və ifadələri nizamlaya bilməz.Onların bunu reallaşdırdığı təqdirdə isə yeganə üsul bu prosesin əqli şəkildə yox avtonom şəkildə verilmiş normaya uyğun realizə etməsidir. Məhz zehin yönəlmə xüsusiyyətinə malik olduğu üçün işarələri birləşdirir.Sonda yönəldiyi nəticə yaranan sözün və ya ifadənin özündə ehtiva etdiyi məna olur.Hər bir dilin zəkaya uyğun rekursiya qabiliyyəti mövcüddur.Hər bir situasiyanı hər hansı bir ifadə ilə təsvir edə bilər. Rekursiv olaraq isə müxtəlif işarələr və hərfləri birləşdirərək söz və məna yarada bilir.Lakin fəlsəfəyə görə cihaz bir situasiyada qərar versə və onu ifadə edə bilsə, digər bir situasiyada effektivlik eyni olmayacaq.Daha öncə bildirdiyimiz kimi, avtonom normaya uyğun olaraq effektivliyin aşağı olması müşahidə oluna bilər.Bu məqamı fəlsəfənin cihazın insanı təqlid etməsi barədə araşdırmanın ilk tezisi kimi qəbul edirik.Məhz buna əsaslanaraq E.Kantın varlıqların növlərinin yaranması və bununla bilavasitə zəkanın formalaşması barədə əsas vasitə olaraq göstərdiyi mexaniki səbəbləri ikinci tezis olaraq qəbul edirik.

Tərs tezis 1.Dekartın ilk əsas vasitəsində cihazların insanlar kimi ifadə ötürmə qabiliyyəti ilə bağlı şübhələri müasir dövrdə tamamilə ətraf mühitdən izolyasiya edilmiş iki robotun bir biri ilə ünsiyyət yaratmaq üçün formal dil yaratması tərs tezis kimi irəli sürülə bilər.

Tərs tezis 2.Əgər zəka anlayışını bir canlının çevrəyə uyğunlaşma zamanı qazandığı xüsusiyyətlərin cəmi olaraq qəbul etsək,bu zaman mexaniki səbəblər anlayışından kənara çıxmayaraq cihazların da zəkaya malik ola biləcəyi barədə nəticəyə gələ bilərik.

Elektron hesablama maşınlarının inkişafının qiymətləndirilməsi bir əvvəlki nəsil ilə müqayisə hesabına aparılırdı.Cihazın düşünmə qabiliyyətinin birbaşa olaraq qiymətləndirilməsi müqayisə üçün seçilmiş modeldən asılıdır.Cihazlar düşünə bilərmi sualı barədə düşünərkən düşünmə məhfumunun insana aid olduğunu nəzərə alsaq müqayisə modeli insan zəkası qəbul edilir.Bunu araşdırmanın üçüncü tezisi olaraq qəbul edə bilərik.

Tərs tezis 3.Bir halda ki, cihazın zəkasının dərəcələndirmə və qiymətləndirmə predmeti insan zəkasıdır.Bu zaman insan zəkasının mütləq şəkildə “mükəmməl” və xətasız qərarlar verməsini gözləməliyik.Lakin insan zəkasının yanılması mövcüddur və bu zaman cihazın düşünmə qabiliyyətinin qiymətləndirildiyi əsasın özü yanlış olur.Cihazın insan zəkasını təqlid etməsini və insanlar kimi düşünməsini təsəvvür edə bilərik lakin düzgün qərar qəbul edə bilməyən cihazın vacibliyi barədə paradokslarla üzləşəcəyik.

Məqalənin ilk hissəsi dəyərli elmi xadim Ramin Mahmudzadənin əziz xatirəsinə həsr olunur….

--

--