Fazi məntiqinin mahiyyəti və bu modeli necə təsəvvür edə bilərik??

Məhəmmədəli Abaszadə
4 min readAug 26, 2021

--

Bu məntiqə niyə ehtiyac duyuldu?Bunun mahiyyətinə enməyə çalışaq.Öncə düşünək.Əsrlər boyu texnologiyanın ən ciddi cəhdləri kompyuter və insan arasında interfeysi yaratmaqdır.Məhz proqramlaşdırma bir cəhətdən müəyyən meyarlara əsasən bu tələbi ödəyə bilir.İnsanın daxil etdiyi məlumat və hər hansı məntiqi kompyuterin qəbul edə biləcəyi formata salmaq və qarşı tərəfdən müəyyən çıxışlar ala bilmək mümkündür. Lakin biz adətən kompyuterə çox dəqiq məlumatlar ötürmək məcburiyyətində qalırıq.Məsələn proqramçı hər hansı bir proses üçün nəzərdə tutulan proqramı hər hansı proqramlaşdırma dilinin müəyyən sintaksis sərhədləri daxilində tərtib etməyə çalışır.Çünki kompyuterlə yalnız bu çərçivələr ilə interfeys yarada bilirsiniz.Məhz bu situasiyaları analiz edərkən öz-özümə suallar verməyə başladım.

1)Bəs necə əldə etmək olar ki insan dilini kompyuter başa düşsün?

Adətən bu anlayışlarla tanış olmadan özüm üçün tez-tez təkrarladığım başqa bir suala gələk.

2)Proqramlaşdırma da adətən dəqiq məlumatları ilkin dəyişənlərə insiallaşdırmışam.Elə bir situasiya ola bilər ki kompyuterə daxil etmək üçün dəqiq məlumatlara malik olmayım?

3)Bəlkə bəzi situasiyalarda kompyuter tərəfindən proseslərin email nəticəsində çıxan məlumatların dəqiqliyindən daha çoxuna ehtiyacım olsa nə edə bilərəm.

Bu hissədə çoxlu suallar verərək sizlərin də mənimlə birgə düşünməyini hədəfləyirəm.Suallarım ilə davam edəcəm.

4)Proqramlaşdırma dillərinin bütün insan təxəyyülünü kompyuterə çatdıracaq imkanları varmı?

5)Ciddi riyazi hesablamalar aparmadan təxmini giriş verilənləri ilə təxmini nəticələr əldə edə bilərəm mi?

6)Təsəvvür edirəm ki proqramlaşdırma da olduğu kimi müxtəlif giriş verilənlərinə görə sonda çıxışda müxtəlif nəticələr əldə edə bilirəm.Təxmini giriş verilənləri ilə təxmini nəticələr toplusu əldə etdiyim zaman bu nəticələri müqayisə edə bilərəm mi?

Bu sualların əksəriyyətinə cavabı fuzzy logic ilə əlaqələndirərək cavab tapmağa çalışacağıq.Açığı bu sualların cavabının axtarışında süni intellectual nəzəriyyələr və qeyri-səlis məntiq ilə yaxından tanış olmağa başladım.Bu elmi məqalələr və kiçik elmi rəylər müəllifin araşdırmalarının nəticəsində meydana gəlmişdir.Sözsüz ki bu halda müxtəlif müəlliflərdən ilham alınmışdır.Bir sözlə bu hissədə birlikdə araşdırıb müxtəlif müəlliflərinin elmi izahatlarına müraciət edəcəyik.

Araşdırmalar vasitəsilə bu suallara müəyyən cavablar əldə edə bildim.

Biz insanı hər hansı proqramlaşdırma dilini öyrədirdik ki bu vasitəsilə kompyuterə müəyyən əmrlər verilsin.Bu əmrləri icra edən kompyuterə həmin proqramlaşdırma dilinə uyğun olaraq geriyə cavab qaytara bilirdi. Fuzzy set -Dedikdə adətən çox qarışıq dəqiq olmayan riyazi modellər başa düşülə bilər .Fuzzy sets- isə insan dilini yəni insanın təbii dildə istifadə etdiyi sözləri kompyuterə ötürə biləcəyimiz riyazi modellərdir.Təxmini olaraq hər iki halda interfeys yaradıla bilmək ilkin məqsəddir.Birinci suala barəsində müəyyən qədər təəssüratımız formalaşdı.Deməli fuzzy sets-adlanan riyazi modellər vasitəsilə bunu edə bilərik.

İndi isə fuzzy sets-dən törəmiş anlayış ilə tanış olaq.Bu anlayış fazi məntiqidir.Bu anlayış bəzi sualları cavablandırmağa imkan yaradır.

Fazi məntiqi insanın düşüncə tərzinə yaxındır.

Fazi məntiqinin digər bir üstünlüyü ondan ibarətdir ki daxil olunan giriş verilənlərində dəqiqlik olmaya da bilər.Bu xüsusiyyət bizim ikinci sualda axtardığımız üstünlük hesab edilə bilər.

3-cü sual barədə düşünək.Biraz fərqli yanaşacayıq.Sualın yaranmasına səbəb proqramlaşdırma ilə əldə olunan nəticənin dəqiqliyi daim əlverişli olmaya bilir.Məhz bu səbəbdən proqramlaşdırma ilə əlaqələndirək.

Çox bəsit bir if else məntiqi qurduq.Əgər hava soyuqdursa ekranda Yes görəcəksiniz.Əks halda isə proqram tərəfindən 21-ci sətr icra olunacaq.Burada dəqiq bir məlumat daxil edib dəqiq bir nəticə əldə etdik.Buna alternativ olaraq Boolean məntiqi də göstərmək olar.17-ci sətirdə Yes əvəzinə 1 21-ci sətirdə isə No əvəzinə 0 təsəvvür oluna bilər.

Müqayisəyə bu yanaşma ilə davam edək.

Bizə bir sual verilir bunu iki cür cavablandıra bilərik.Birinci halda cavab konkret olaraq Yes/1 və ya No/0 ola bilər.

İkinci halda isə cavablandırmanı fuzzy logic ilə edirik.Artıq burada biz Lütfizadə yanaşmasına yaxınlaşırıq.Deməli konkret olaraq 0 və 1 cavabı yoxdur.Biz 0 və 1 arasında dəyərləri də nəzərə almalıyıq.Yenə təxəyyülünüzə müraciət edək.Çoxlu su ilə dolu stəkanlar var.Birinci qiymətləndirmə ilə isti olan su üçün də Yes cavabını alırıq.Əgər su çox daha yüksək temperatura malik olsa da yenə də Yes cavabını alırıq.Lütfizadə yanaşması bu stəkanlarda olan isti suyu bir birindən müəyyən qədər fərqləndirməyə imkan yaradır.Yes və No konkret olaraq yoxdur.Bunun əvəzinə bir qədər isti yetəri qədər kimi təbii dildə istifadə olunan ifadələrə olunan üstünlük verilir.

Stəkanları daxilindəki suyun isti və ya soyuq olmasına görə iki hissəyə bölüb düzməyə çalışacayıq.İndi belə düşünək.Siz klassik məntiq ilə yanaşmalısınız.Mən isə fuzzy logic ilə cavab verməliyəm.Sizə stəkanlardan birini uzadaraq isti yoxsa soyuq olmağını soruşacam.Siz klassik məntiqə uyğun olaraq bəli ya da yox deyəcəksiniz.Sizə uzatdığım ilk stəkan isti olduğu halda sualıma “Bəli ” cavabı verərək isti stəkan sırasına düzəcəksiniz.Yəni bir stəkan bir sıraya aid ola bilər.Stəkan ya isti stəkanlar sırasında dayanacaq ya da soyuq stəkanlar sırasında.Təkrarlayaraq gəlirəm ki eyni anda təsəvvür edək və nəticəyə parallel olaraq gələ bilək.Deməli bir element bir sıraya bir çoxluğa malik ola bildi.Çünki siz qiymətləndirməni və seçməni klassik məntiqə uyğun apardınız.Daha sonra siz mənə stəkanları uzatdıqda mən fuzzy logic-ə uyğun olaraq “biraz isti” “kifayət qədər isti” “çox isti” kimi ifadələr işlədəcəm.Həmin stəkanları başqa birinə uzatsanız mənim istiliyi üçün biraz isti dediyim stəkan üçün həmin şəxs kifayət qədər isti deyə bilər.Yəni burada linqvistik qiymətləndirmə insandan asılı olaraq fərqlilik göstərə bilər.Konkret şəkildə qəti bir nəticə olmaya da bilər.Digər bütün ehtimallara uyğun hallara da baxırıq.Bütün isti suları eyni qrupa aid etmirik.Aid etsək belə onları bir-birindən fərqləndiririk.Müəyyən dərəcələndirmə vasitəsilə isti stəkanların sırasında olan stəkanları da bir birindən ayırd edə biləcəm.Buna mənsubiyyət dərəcəsi deyirik.Bu barədə yenə bəhs edəcəm.

--

--