İntellektual agentlər üçün PEAS strukturu.

Məhəmmədəli Abaszadə
2 min readSep 25, 2021

--

Agentlər anlayışına toxunarkən yada salmalıyıq ki insan özlüyündə bioloji agentdir.Agentlərin daxilində hərəkətdə olduğu bir çox mühit var.Perseptronlar vasitəsilə olduğu mühitdən məlumat qəbulu baş verir.Bunların qəbulu sensor vasitəsilə baş verir.Ətraf mühitə geridönüş olaraq müəyyən bir hərəkət icra edir.İntellektual agentlər üçün PEAS yanaşmasından bəhs edək.İlk öncə sizə çox qəliz gələ bilər.Nəzəri olaraq izahdan sonra nümunələrlə də mövzuya baxacayıq.

Performance measure-Bu təbəqədə intellektual agent üçün proses zamanı təyin etdiyimiz kriteriyalar qeyd edilir.Bu kriteriyalara uyğunluğa əsasən intellektual agenti uğurlu və ya uğursuz kimi dəyərləndiririk.Bir növ intellektual agentdən gözləntilərimizə bənzədə bilərik.

Environment-Mühit məsələsi agentlər üçün olduqca vacibdir.Mühit daim dəyişə bilər və ya statik də ola bilər.Nəticə olaraq agent mühitdə baş verən dəyişiklərə qarşı da müəyyən qədər hazırlıqlı olmalıdır.Mühit dedikdə təkcə mühitin özü yox onun daxilində olan elementlərdə agent üçün rol oynayır.Çünki agentin fəaliyyəti məhz mühitdəki hər hansı bir elementə təsir etmək üçün də hesablanmış ola bilər.

Actuators-İntellektual agent müəyyən bir məlumatı qəbul etdikdən sonra mühakimələr aparır və ən optimal variantı seçərək müəyyən bir davranış göstərir. Bu davranışlar adətən performance measure-lara uyğun olaraq planlaşdırılır.Agent hansısa bir kriteriyanın tələblərinə cavab vermək istəyirsə məhz kriteriyanın tələbinə uyğun davranış üçün cəhdlər etməlidir.

Sensors-Sensorlar dedikdə ətraf mühitdən məlumat almasına imkan yaradan elementlər başa düşülür.Agentlərin funksional təyinatına əsasən sensorlar müxtəliflik göstərə bilər.

Məsələn bir ağıllı kameranı nümunəvi intellektual agent kimi götürək.Məhz bu kamera qəbul etdiyi və qeydə aldığı məlumatları nümayiş etdirdiyi bir monitora əlaqəlidir.

Bu kamera üçün otaqdakı şəxslərin sayını gün aşırı təyin etmək bilər performance measure kimi verilə bilər.Və ya otağa daxil olan yad şəxslərin simasını ayrılıqda qeydə almaq ola bilər.

Environment olaraq otağın özü və ora daxil olan insanlar götürülə bilər.Daha sonra otaqda olan nəsnələr də environment-a aid oluna bilər.

Actuators dediyim kimi performance measure-dan asılı olaraq formalaşır .Buna görə də dəyişkənlik göstərir.Burada icra olunacaq proseslərə nələri aid edə bilərik?

Otaqdakı yad adamların üz simalarını qeydə almaq,monitora siqnal göndərmək və sairə.Sizin agentdən gözləntinizə uyğun olaraq xeyli fərqli davranış təyin etmək olar.

Sensors-Ətraf mühitdən əlaqəni kamera sensoru vasitəsilə əldə edə bilərik.

--

--