İntellektual sistemlər üçün yanaşma komponentləri

Məhəmmədəli Abaszadə
3 min readSep 21, 2021

--

İntellektual sistemlər üçün əsas 4 konseptdən yanaşmalar barədə bəhs edəcəyik.

Thinking Humanity,Thinking Rationally,Acting Humanity,Acting Rationally.

İlk öncə intellektual sistemlər üçün sistem anlayışına toxunaq.Sistem dedikdə daxili və xarici aləmi olan struktur başa düşə bilərik.Daxili aləmdə düşünmək,düşünməyə mütənasib olaraq modelləşdirmə,qərarvermə və nəticə çıxarışları mövcuddur.

Xarici aləmdə isə davranmaq və ətraf mühitdə olan interfeys nəzərdə tutula bilər.

Acting Humanity-İnsan kimi davranmaq dedikdə ilk ağla gələn “Turing Machine Test”olacaq.Burada sonlu nəticə olaraq əldə edilmək istənilən hədəf bunlardır:

-Hər hansı cihazın insan kimi davranması və insandan ayırd edilə bilməməsi.

Mahiyyətinə enmək üçün “Turing Machine Test”-də olan situativ vəziyyətə baxaq.Təcrübə üçün bir insan seçilir.Onu eyni zamanda həm süni intellekt vasitəsilə yaradılan zəka ilə daha sonra isə normal insanla ünsiyyəti yaradılır.Əgər insan qarşısındakının cihaz yoxsa insan olduğunu ayırd edə bilmirsə,həmin cihaz Turing testindən keçmiş hesab olunur.Lakin burda isbat olunma problemi var.Çünki cihazın testdən keçib-keçmədiyini insan təyin edir.Bir növ qərarverən mexanizm təcrübə ilə qarşılaşan insandır.Məhz buna görə də cihazın performansı sabit qalsa belə hər bir canlıya görə fərqli nəticələr alına bilər.Bu barədə ayrı bir yazıda geniş bəhs edəcəyim üçün kifayət qədər detallara bölmədən digər konseptə keçid edək.

Thinking Humanity-İnsan kimi düşünmək isə daha çox intellektual sistemlərin Symbolic yanaşma tərzinə uyğunlaşır.İnsan beyninin işləmə strukturundan ilhamlanaraq bəzi proseslərin bioloji mahiyyətinə də keçid olunur.Məsələn öyrənmə prosesi zamanı insan beynində olan neyronlar arasından yeni əlaqələr qurulur.Mühakimə zamanı digər bioloji proseslər baş verir.Çünki insan ətraf mühitlə əlaqə zamanı eyni zamanda həm də müəyyən qədər məlumat transferində iştirak etmiş olur.İntellektual sistemlərin və ya cihazlara bunların tətbiq edilməsi üçün onların da zehinlərinin insan zehninə bioloji olaraq bənzəməsi əsas meyar kimi götürülür.İnsanın məlumatı qəbul etdikdən sonra mühakimə etməsi və nəticə çıxarması zamanı mühit və onun mənəvi-psixoloji vəziyyəti də ciddi təsir edici amildir.Məsələn insan gün ərzində eyni situasiya ilə bir neçə dəfə qarşılaşa bilər.Lakin onun bu situasiyalara yanaşması və situasiyalar barədə düşüncəsi dəyişkənlik göstərir.Bu isə intellektual sistemlər üçün əlverişli hesab olunmur.Məhz bu yerdə intellektual sistemlər üçün Thinking Rationally qüvvəyə daxil olur.

Thinking Rationally-Bu yanaşmada əsas olaraq hər hansı bir situasiya ilə qarşılaşdıqda hansı prosesin icra olunmalı olduğu barədə qərar üçün məntiq əsas meyar olur.İntellektual sistem müəyyən situasiya ilə qarşılaşdıqda rasional düşüncəyə əsaslanaraq ilk öncə yerinə yetirilə biləcək əməliyyatlar toplusunu təyin etməyə çalışır.Daha sonra hansının daha əlverişli olmasını dəqiqləşdirmək üçün cəhd edir.Əlbəttə problemin həlli zamanı əsas tutulan kriteriyalara əməl etməlidir.Əməliyyatların kriteriyalara hansı dərəcədən uyğunlaşmasına görə klassifikasiya prosesi baş verir.Təsəvvür edin ki, hər hansı bir ekspert sistem insanla interfeys halındadır.Bir növ köməkçi ekspert sistemdir.İnsandan problemlə bağlı məlumatları aldıqdan sonra insana müəyyən bir həll təqdim edir.Bu zaman izah edici altsistemi mövcuddursa orada bu seçimi niyə etdiyini,hansı kriteriyalara görə etdiyini də isbat etməlidir və bunu məntiqi düşüncə ilə əlaqələndirərək təqdim etməlidir.N-ci əməliyyat seçildi,çünki m çoxluğunda olan kriteriyalara ən çox aid olma bu əməliyyatda idi.Təbii dillə belə anlamağa çalışa bilərik.

Acting Rationally-Davranış mahiyyətində bir ideya olmadan təsəvvür oluna bilməz.Bu səbəbdən intellektual sistemlərdə rasional düşüncə ilə rasional davranış əlaqədə ola bilər.Rasional davranışı özündə birləşdirən intellektual sistem ehtimal edək ki,insana fiziki və zehni olaraq bənzədilən bir robotdur.Bu zaman ona həm də bir növ intellektual agent deyə bilərik.(Necə ki,insanlar texnologiya üçün bioloji agentlər hesab olunur.)Sensor vasitəsilə ətraf mühitdən məlumatı qəbul edir.Ətraf mühitdən qəbul etdiyi dataları percepts adlandıraq.Qəbul etdiyi percepts-ə uyğun olaraq situasiyanı tanımağa çalışır.Daha sonra rasional addımları seçir.Hansı ki, bu addımlar birbaşa nəticə yönümlü olur.Zehni olaraq düşündüyü addımları fiziki olaraq həyata keçirdikdə isə nəticəyə əlçatımlılıq yaranır.Bu zaman intellektual sistemlərdə insandan fərqli olaraq insanın düşüncəsi və hərəkətinə mənfi təsir edən amillər də mümkün qədər seyrəldilmiş olur.Hər hansı bir prosesi icra etməyə başladıqdan sonra prosesin fiziki ağırlığına görə proses icrası dayanmır.İnsanın prosesin yerinə yetirilməsinə istəksizliyinə görə addımlarda ləngimə baş vermir.Rasional addımlar atılır və birbaşa olaraq nəticəyə doğru yaxınlaşma cəhdləri olur.Son olaraq nəzərə alaq ki,məhz rasional düşüncənin intellektual sistemlərə tətbiqi sənayedə,istehsalatda ağır insan əməyini əvəz edən cihazların maşınların istifadəsinə imkan yaradır.Bu cihazlarda process-utility yanaşması mövcud olur.Yəni prosesə uyğun olaraq ən mümkün fayda seçilir və icra olunur.

Resource: CsC 290 Introduction to AI

--

--