Süni intellekt və ekspert sistemləri bəsit müddəalarla necə mənimsəyə bilərik?

Məhəmmədəli Abaszadə
3 min readAug 26, 2021

--

Elə sistemlərdir ki,insan məntiqinin əvəz edərək,insan kimi problemin və bu problemin həlli üçün uyğun qərar qəbul edə bilir.

Bu sahənin ciddi inkişafına təkan verən elektron hesablama maşınlarının yaranması idi.Məhz bu elm sahəsinin qarşısına qoyduğu əsas məqsəddən bəhs edək.Maşınlar çıxılmaz və ya olduqca qəliz hesab edilən situasiyalarda insan zəkası kimi analiz edərək məsələyə uyğun qərar qəbul etsin.Hətta insan zəkasından fərqli olaraq qeyri-müəyyən vəziyyətlərdə müəyyən nəticələr əldə edə bilsin.Süni intellektual sistemlər yarandıqdan sonra iki istiqamətdə yanaşma ilə öz inkişafını davam etdirirdi.Bu yanaşmalardan biri neyrokibernetikanı özündə birləşdirdi.Bu yanaşmanın özəyində bir fikir dayanırdı.Əgər cihaz və ya qurğu insan zehni kimi qərarlar qəbul edib,onu təqlid edəcəksə həmin cihaz insan beyninin quruluşuna oxşar olmalıdır.

İntellektual sistemlər süni intellektin bir hissəsini təşkil edir.İntellektual sistemlər özündə süni intellektin iki istiqamətini birləşdirir.Bunlar Hard Computing və Soft Computing-dən ibarətdir.Nəzər yetirsək əvvəllər daha çox sərt riyazi hesablamalara ehtiyac çox idi.Qeyri-səlis situasiyaların çoxluğuna baxmayaraq onlar üçün xüsusi hesablama metodları texnologiyaya tətbiq edilməmişdi.Lakin keçid mərhələsi baş verdi.Qeyri-müəyyən situasiyalarda cihazların qərarvermə qabiliyyətinə malik olması istiqamətində araşdırılmalara üstünlük verildi.1994-cü ildə Lütfizadə tərəfindən elmi tədqiqatlar nəticəsində Soft-Computing nəzəriyyəsi meydana çıxmışdır.Bu nəzəriyyə Hard Computing-dən fərqli olaraq maşınların intellect səviyyəsinin artmasına xidmət etmişdir.Beləliklə Soft Computing qeyri-müəyyənlik hallarında belə yumşaq hesablamalar nəticəsində istənilən effektiv həllərin tapılmasını təmin edir.

Ümümiyyətlə süni intellekt üçün bilik anlayışı çox önəmlidir.Bir digər yazıda proqramlaşdırma və süni intellectual sistemlərdə olan məlumat bazalarına müqayisəli bir yanaşma ilə toxunmuşuq.Ümümiyyətlə intellectual sistemlər barəsində danışarkən biliklər bazası anlayışı ilə tanış olacaqsınız deyə indidən kiçik bir giriş etməyi vacib bildim.

İntellektual sistemlər-Biliklər bazasına əsaslanan, nüvəsini biliklər təşkil edən, təbii dilə yaxın olan yüksək dil səviyyəsində işləmə bacarığına malik olan sistemlərdir.Təbii dilə yaxın olan yüksək dil səviyyəsində işləmə bacarığı dedikdə bilikləri istifadəçilərə təqdim edərkən təqdimat dilinin insan dilinə yaxınlığı nəzərdə tutulur.

Ekspert sistemlər intellektual sistemlərin geniş istifadə olunan növlərindəndir.Ekspert sistemlər müəyyən bir sahədə problem həllinə yönəlmiş proqram təminatı hesab oluna bilər.Bu sistemlər barədə düşünərkən belə bir sual ətrafında düşünməyə başladım.Görəsən niyə ekspert sistemlərin hər hansı bir sahədə seçilmiş problem həllinə yönəlir.Eyni zamanda bir ekspert sistem fərqli sahələrdən problemlərin həllini tapa bilməz? Keçən il araşdırmalarımda bu sistemlərin iş prinsipinin nəyə hesablandığına yönəldim.Deməli ilk zamanlar ekspert sistemlərin çoxsahəli fəaliyyəti barədə düşünülmüşdü.Lakin daha sonralar ekspert sistemlərin bir istiqamətdə məlumat yığımından istifadəsi daha səmərəli və yüksək səviyyəli nəticələr əldə ediləcəyinin qənaətinə gəlindi.Yenə bir sual barəsində düşünməyə başladım.Bu sistemlər intellektual sistemlərin bir parçası olduğu halda özü müəyyən sahəyə malik məlumatları ayıraraq onları ayrılıqda klassifikasiya edib eyni zamanda niyə müxtəlif sahədən problemləri həll edə bilmir??
Lakin suallarıma cavab tapmaq üçün araşdırmağa davam etdim.Ekspert sistemlər özünəməxsus xüsusiyyətlərə malikdir.İnsanlar üçün istifadəsi olduqca sadə və başadüşülən olmalıdır.Ekspert sistemlər olduqca ixtisaslaşmış mütəxəssislərin və ya ekspertlərin biliklərini öz bilik bazasında saxlayaraq problemlə qarşılaşdığı zaman bilik bazasından çıxarışlar edərək həlli əldə edir.Bu sistemin üstünlüyü odur ki bundan heç bir biliyi olmayan insanlar asanlıqla istifadə edə bilər.Belə bir yanaşma var.Ekspert sistemlər insan təcrübəsindən istifadə edərək bəzi problemlərə o qədər düzgün həllər tapır ki,hətta mütəxəssislərin həllərindən daha yaxşı həllər meydana çıxır.Ekspert sistemlər istifadəçilərinə mütəxəssislərin biliklərindən,onların təcrübələrindən faydalanmaq və analiz qabiliyyətlərindən istifadə imkanı yaradır.Müasir dövrümüzdə də ekspert sistemlər çox geniş tətbiq olunmaya başlayıb.Ekspert systemin xüsusiyyətləri barədə danışmağa davam edək.

Data və alqoritmlərdən fərqli real əlaqələri və situasiyaları özündə saxlamaq qabiliyyəti.

İstifadəçi ilə interfeys zamanı istifadəçinin dəqiq olmayan cavablarına baxmayaraq nəticə əldəetmə qabiliyyətləri

Problemi təyin edərkən və həll edən zaman istifadəçiyə izahetməyə cəhd etməsi.

Ehtiyac duyulduqda problem həllindən müəyyən nəticələri əldə etmək imkanı.Məsələn problem həll edilən zaman sona çatmazdan öncə sizə müəyyən bir hissədə olan nəticəni görmək lazımdır.Məhz bu ekspert sistemlər vasitəsilə mümkündür.

Hər hansı problemin həlli üçün təkcə bir cavab kifayət olmadığı hallar yaranır.Ekspert sistemlər öz bilik bazasından istifadə edərək bir çox cavab əldə edə bilər.Bir sözlə bu sistemlər nəticələr çoxluğu da meydana çıxara bilir.

Problemin həllini təbii dildə izah etmə qabiliyyəti.

Hər hansı problem həll edərkən qazandıqları məlumatlara bir başqa problemin həllində müraciət etmək bacarığı.Beləliklə daimi olaraq mütəxəssis bilik bazasına yeni məlumat əldə etmədən də inkişaf edə bilirlər.

Bilik bazasında olan biliklər hər hansı problem üçün tam məlumat olmasa belə bəzən həllə yaxın cavablar çıxara bilməsi.

Problemin həlli zamanı istifadəçiyə verdiyi sualların səbəbini və nə üçün bu suallara ehtiyac olduğunu istifadəçiyə asan dildə izah edə bilməsi.

--

--